KTN Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun doktoranturasına ("Seleksiya və toxumçuluq", "Meyvəçilik və üzümçülük", "Subtropik bitkilər" və "Bağçılıq" ixtisasları üzrə) fəlsəfə doktoru hazırlığı proqramı üzrə sənəd qəbulu elan olunur.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 may tarixli 275s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planları” təsdiq edilib. Doktorant hazırlığı üzrə təsdiq edilmiş qəbul planları doktoranturaya qəbul prosesini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 10 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun təşkil ediləcəkdir. 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul elanı artıq Nazirliyin rəsmi internet səhifəsində verilmişdir (https://www.agro.gov.az/az/news/190525).

Cari ildə KTN Meyvəşilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun doktoranturasına sənəd qəbulu üzrə Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış təlimat Sizə təqdim olunur.

Əsas səhifə