“Üfüq” Karyera İnkişaf Proqramı

“Üfüq” Karyera Proqramı uğurla yekunlaşıb

2025 M06 23

Aqrar sahədə karyera imkanlarını təşviq etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyinin birgə təşəbbüsü ilə ilk dəfə həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramı uğurla yekunlaşıb. Proqramın son mərhələsində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları – Aytac Əsgərova və Xəyalə Yunusova finalda iştirak edərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Son mərhələ “qiymətləndirmə konfransı” formatında baş tutub. İştirakçılar real situasiyalar əsasında təqdim olunan tapşırıqlarda özünü sınayıb. Onların liderlik qabiliyyəti, komanda işində effektivliyi, innovativ yanaşma bacarığı, strateji düşüncə, nəticə yönümlülük və ümumi səriştə səviyyəsi peşəkarlar tərəfindən dəyərləndirilib.

Proqramın əsas məqsədi gələcək üçün güclü kadr potensialını formalaşdırmaq, perspektivli əməkdaşları üzə çıxarmaq və onların inkişafına dəstək verməkdir. Final mərhələsini uğurla başa vuran iştirakçılar fərdi inkişaf imkanları ilə təmin olunacaqlar. Onlar üçün təlimlər, kouçinq sessiyaları, komanda inkişaf tədbirləri və nazirlik rəhbərliyi ilə mentorluq proqramları təşkil ediləcək.

  • “Üfüq” Karyera İnkişaf Proqramı
  • “Üfüq” Karyera İnkişaf Proqramı
  • “Üfüq” Karyera İnkişaf Proqramı
  • “Üfüq” Karyera İnkişaf Proqramı
  • “Üfüq” Karyera İnkişaf Proqramı
  • “Üfüq” Karyera İnkişaf Proqramı
  • “Üfüq” Karyera İnkişaf Proqramı
  • “Üfüq” Karyera İnkişaf Proqramı
  • “Üfüq” Karyera İnkişaf Proqramı

Əsas səhifə