
Meyvəçilik və Çayçılıq ETİ-da Ümummilli Lider Heydər Əliyevin ildönümü qeyd olunub
2025 M05 9
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri ASİHİB-nin sədri Arzu Əmirova açıq elan edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə institutun direktoru İlham Qaraqurbanlı çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirdiyi mühüm islahatlar barədə ətraflı məlumat verib. Çıxışdan sonra Ümummilli Liderin həyat yoluna və kənd təsərrüfatı sahəsindəki xidmətlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə institutun əməkdaşları da çıxış edərək Heydər Əliyevin müdrik siyasəti, vətənə və xalqa bağlılığı, eləcə də onun kənd təsərrüfatı sahəsinə verdiyi töhfələr barədə fikirlərini bölüşüblər.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, Allahdan ona rəhmət diləyirik.
Əsas səhifə