
Şəhid Musa Məhəmmədovun xatirəsi anılıb
2025 M07 18
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Vətən müharibəsi şəhidi Musa Məhəmmədovun doğum günü ilə əlaqədar olaraq onun məzarını ziyarət ediblər.
Musa Məhəmmədov 2020-ci ilin sentyabrında başlanan 44 Günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 2 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. Göstərdiyi igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.
Şəhidimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Əsas səhifə