
15 İyun - Milli Qurtuluş Günü
2025 M06 13
Bu gün 15 iyun – “Milli Qurtuluş Günü” ilə əlaqədar Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda tədbir keçirilib. Əvvəlcə Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə qeyd olunub ki, 1993-cü ilin məhz bu günündə – 15 iyun tarixində xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz parçalanmaq və vətəndaş qarşıdurmasından xilas oldu. Məhz bu qayıdış Azərbaycan dövlətçiliyinin əsasını qoydu, sabitlik və davamlı inkişaf dövrünün başlanğıcına çevrildi.
Milli Qurtuluş günü – xalqın iradəsi, liderin qətiyyəti və gələcəyə inamın təntənəsidir.
Əsas səhifə