26 İyun – Silahlı Qüvvələr Günü

2025 M06 25

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin müdafiəsi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan ASİHİB-nin sədri Arzu Əmirova bu günün tariximizin şərəfli səhifələrindən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, 26 İyun – Silahlı Qüvvələr Günü yalnız hərbi gücümüzün simvolu deyil, eyni zamanda xalqımızın birlik və mübarizə ruhunun təcəssümüdür.

Daha sonra institutun direktoru İlham Qaraqurbanlı çıxış edərək Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, qazanılan uğurlardan və şəhidlərimizin göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs edib.

Tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyünün bərpasında ordumuzun misilsiz rolunu vurğulayıblar. Onlar bildirib ki, bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, onların qəhrəmanlığını daim qəlbimizdə yaşadır və gələcək nəsillərə ötürmək borcumuz hesab edirik. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasının önəmi xüsusi qeyd edilərək, bu istiqamətdə maarifləndirmə tədbirlərinin artırılmasının vacibliyini diqqətə çatdırıblar.

Bu əlamətdar gün münasibətilə bütün hərbçilərimizi və qazilərimizi ürəkdən təbrik edir, şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Əsas səhifə