
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir təşkil olunub.
2025 M05 27
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda ASİHİB-nin təşəbbüsü ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən institutun direktoru İlham Qaraqurbanlı Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələlərə toxunaraq, müstəqilliyin qorunub saxlanmasında və inkişafında Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin rolundan danışıb və iştirakçıları bayram münasibətilə təbrik edib.
Tədbir çərçivəsində 28 May tarixinə həsr olunmuş videoçarx nümayiş olunub, həmçinin institut əməkdaşları çıxış edərək bu əlamətdar günün tarixi əhəmiyyətini vurğulayıblar.
Əsas səhifə