Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı

TANIŞLIQ SƏFƏRİ

2025 M05 21

Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev və filialın nümayəndələri Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda olublar. Səfərin əsas məqsədi institutla tanışlıq və gələcəkdə mümkün əməkdaşlıq imkanlarının müzakirəsi olub. Görüş zamanı qonaqlara institutun fəaliyyəti, elmi-tədqiqat istiqamətləri barədə ətraflı məlumat verilib. Tərəflər arasında qarşılıqlı maraq doğuran sahələr üzrə birgə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Əsas səhifə