FAO və AXA

FAO və Aqrar Xidmətlər nümayəndələrinin Elmi-Tədqiqat İnstitutuna səfəri

2025 M06 25

Bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) (FAO) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Nasar Hayat və Aqrar Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Taleh Zeynalov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun qonağı olublar.

Görüş zamanı institutun direktoru İlham Qaraqurbanlı qonaqlara institut barədə qısa məlumat verib. Daha sonra elmi işlər üzrə direktor müavini Sevil Süleymanova institutun zəngin tarixi, elmi fəaliyyət istiqamətləri və aqrar sahənin inkişafında rolu, həmçinin mövcud infrastruktur barədə ətraflı məlumat təqdim edib.

Qonaqlar İstixana kompleksi, Molekulyar biologiya və Mikroklonal çoxaltma laboratoriyaları, həmçinin Ümumi analitik analizlər laboratoriyası ilə yaxından tanış olublar. İnstitutun maddi-texniki bazası, müasir laborator avadanlıqları və tətbiq olunan innovativ yanaşmalar xüsusi maraqla qarşılanıb.

Sonda institutun Quba Elmi Təcrübə Bazasında yerləşən nümayiş tinglik sahələri və bağları tanış olublar.

  • FAO və AXA
  • FAO və AXA
  • FAO və AXA
  • FAO və AXA
  • FAO və AXA
  • FAO və AXA
  • FAO və AXA
  • FAO və AXA
  • FAO və AXA
  • FAO və AXA

Əsas səhifə