
Isparta Tətbiqi Elmlər Universitetinin professoru Dr. Erhan Koçak Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər edib.
2025 M05 20
Isparta Tətbiqi Elmlər Universitetinin (Isparta Uygulamalı Bilimler Üniversitesi) professoru Dr. Erhan Koçak və Aqrar Təlim Mərkəzinin nümayəndələri Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər ediblər. Görüşdə institutun direktoru İlham Qaraqurbanlı və qonaqlar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb. Qonaqlarımız institutun tarixi, ümumi iş prinsipi və struktur bölmələrimiz barədə ətraflı məlumat alıblar. Sonda institutun nəzdində fəaliyyət göstərən Molekulyar biologiya laboratoriyası, İstixana kompleksi və Ümumi analitik analizlər laboratoriyalarının fəaliyyəti ilə əyani tanışlıq həyata keçirilib.
Əsas səhifə