"Kod: Könüllü" layihəsi çərçivəsində təşkil olunmuş ekskursiya

2025 M04 28

"Konstitutsiya və Suverenlik İli"nə həsr edilmiş "Kod: Könüllü" layihəsi çərçivəsində Azərbaycan Könüllüləri üçün Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna ekskursiya təşkil olunub. Ekskursiya zamanı institutun elmi işlər üzrə direktor müavini Sevil Süleymanova tərəfindən gənclərə institutun tarixi və fəaliyyəti haqqında məlumat verilib. Daha sonra könüllülər institutun istixana kompleksi və müasir laboratoriyaları ilə tanış olublar. Bu cür təşəbbüslər çərçivəsində kənd təsərrüfatında tətbiq olunan müasir texnologiyaların gənclər tərəfindən öyrənilməsi ölkənin inkişafında mühüm əhəmiyyət kəsb edəcəkdir.

Əsas səhifə