“Kənd təsərrüfatında dövlət satınalmaları: mövcud vəziyyət və perspektivlər” mövzusunda seminar keçirilib.

2025 M05 27

Kənd Təsərrüfatı Nazirliyi və “Aqrar Tədarük və Təchizat” ASC-nin birgə təşkilatçılığı ilə “Kənd təsərrüfatında dövlət satınalmaları: mövcud vəziyyət və perspektivlər” mövzusunda seminar keçirilib. Tədbirdə 2024-cü ildə icra edilən satınalmalar, cari vəziyyət və gələcək planlar barədə məlumatlar təqdim olunub. Seminarda Kənd Təsərrüfatı Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri, sahibkarlar, təchizatçılar və Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları iştirak ediblər. Tədbirdə rəqəmsal satınalma sisteminin üstünlükləri, şəffaflıq, ədalətlilik və fermerlərlə dövlət arasında etimadın gücləndirilməsi məsələləri vurğulanıb. Seminar sual-cavab sessiyası ilə davam edib.

DAHA ƏTRAFLI: https://www.agro.gov.az/az/news/27052025

Əsas səhifə