Qazaxıstan - Almatı-beynəlxalq təlim proqramı

Aytac Əsgərova Almatıda Beynəlxalq Təlimdə İştirak Edib

2025 M06 30

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Aytac Əsgərova 23–27 iyun 2025-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən “Orta Asiyada iqlim dəyişikliyinə uyğunlaşmanın çoxölçülü yanaşmaları və innovativ kənd təsərrüfatı” mövzusunda beynəlxalq təlim proqramında iştirak edib.

Təlim proqramı Beynəlxalq Biosalin Kənd Təsərrüfatı Mərkəzi (ICBA) tərəfindən təşkil edilmiş və İslam İnkişaf Bankının maliyyə və təşkilati dəstəyi ilə həyata keçirilib.

Təlimin əsas məqsədlərindən biri iqlim dəyişikliyinə qarşı adaptasiya və mitiqasiya tədbirlərinin müxtəlif ölçülərdən – o cümlədən sosial-iqtisadi, biofiziki, gender və siyasət müstəvisindən təhlil edilməsi, yerli və regional səviyyədə tətbiq edilə biləcək praktik yanaşmaların araşdırılması olmuşdur. Xüsusi vurğulanan mövzulardan biri də biosalin kənd təsərrüfatı texnologiyalarının – yəni duzlu və deqradasiyaya uğramış torpaqlarda məhsuldarlığın artırılmasına yönəlmiş innovativ yanaşmaların təqdimatı olmuşdur.

Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunub.

  • beynəlxalq təlim proqramı
  • Qazaxıstan - Almatı-beynəlxalq təlim proqramı
  • beynəlxalq təlim proqramı
  • beynəlxalq təlim proqramı
  • Qazaxıstanın Almatı şəhəri - Beynəlxalq təlim proqramı
  • Qazaxıstanın Almatı şəhəri - Beynəlxalq təlim proqramı
  • Qazaxıstanın Almatı şəhəri - Beynəlxalq təlim proqramı
  • Qazaxıstanın Almatı şəhəri - Beynəlxalq təlim proqramı
  • Qazaxıstanın Almatı şəhəri - Beynəlxalq təlim proqramı
  • Qazaxıstanın Almatı şəhəri -Beynəlxalq təlim proqramı

Əsas səhifə