
Samux rayonunda Aqrar Biznes və “II Ərik” Festivalı keçirilib.
2025 M06 23
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Samux rayonunda baş tutan Aqrar Biznes və “II Ərik” Festivalında təmsil olunub.Festival çərçivəsində keçirilən “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirəsində institutun əməkdaşı Abbas Hacıyev də çıxış edib. O, intensiv bağçılıqda tətbiq olunan calaqaltılar barədə ətraflı məlumat verərək iştirakçılarla öz təcrübəsini bölüşüb.
Əsas səhifə