Ekskursiya

"SmartAg Oasis - Nurturing STEAM future of Azerbaijan" təlim proqramı çərçivəsində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna ekskursiya təşkil olunub.

2025 M05 19

ABŞ-ın Azərbaycandakı Səfirliyi və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “SmartAg Oasis – Azərbaycanın STEAM gələcəyi” adlı təlim proqramı çərçivəsində Xaçmaz, Quba və Şabran rayonlarından olan məktəblilər Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna ekskursiya ediblər.

Ekskursiya zamanı iştirakçılara institutun fəaliyyəti, aparılan araşdırmalar və əldə olunan nailiyyətlər barədə geniş məlumat verilib. Şagirdlər həmçinin istixana kompleksi və müasir laboratoriyalara baxış keçirərək, elmi işlərin necə aparıldığını yerində müşahidə ediblər.

  • Ekskursiya
  • Ekskursiya
  • Ekskursiya
  • Ekskursiya
  • Ekskursiya
  • Ekskursiya
  • Ekskursiya
  • Ekskursiya
  • Ekskursiya
  • Ekskursiya

Əsas səhifə