Aqrar Biznes Festivalı Zəngilan rayonunda.

2025 M04 30

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Zəngilan rayonunda keçirilən Aqrar Biznes Festivalında Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da iştirak ediblər. Festival çərçivəsində institutun fəaliyyəti, elmi nailiyyətləri və müxtəlif calaqaltılar, giləmeyvə bitkiləri, eləcə də yüksək dekorativ və sürətli böyümə qabiliyyəti ilə seçilən Pavloniya bitkisi fermerlərə təqdim olunub. Tədbir zamanı iştirakçılara institutun son illərdə nəşr olunan elmi əsərləri, metodik vəsaitləri nümayiş etdirilib. Bundan əlavə, iştirakçı fermerlərin və sahə mütəxəssislərinin ünvanladıqları suallar institutun əməkdaşları tərəfindən ətraflı cavablandırılıb. Festival çərçivəsində kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədov institutun stendinə yaxınlaşaraq təqdim olunan bitki materialları və elmi əsərlərlə tanış olub, əməkdaşlarla institutun tədqiqat istiqamətləri, bölgə üçün əhəmiyyət kəsb edən bitki növləri barədə müzakirələr aparıb. Tədbirin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafına töhfə vermək, fermerlərin müasir aqrar texnologiyalar və elmi yeniliklərlə tanışlığını təmin etməkdir.

Əsas səhifə