Superintensiv fındıq bağlarında formavermə və budama işləri aparılıb

2025 M05 12


Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Xorvatiya, Ukrayna və İngiltərə ilə birgə həyata keçirilən superintensiv fındıq bağlarının salınması üzrə dördtərəfli beynəlxalq layihə çərçivəsində Ukrayna Fındıqçılıq Assosiasiyasının vitse-prezidenti və Akademik Unanov adına Fermer Təsərrüfatının rəhbəri cənab Vasili Babanski instituta səfər edib.

Səfər zamanı layihə çərçivəsində institutun Zərdabi adına ETB-da salınmış superintensiv fındıq bağının nümayiş sahəsində formavermə və budama işləri həyata keçirilib.

Əsas səhifə