İnnovativ texnologiyalar üzrə direktor müavini
Elnur Əbdülhüseyn oğlu Abdullayev
Elnur Əbdülhüseyn oğlu Abdullayev 1985-ci ildə Naxçıvan MuxtarRespublikasının Şərur rayonunun Şəhriyar kəndində anadan olmuşdur. İlk təhsilini Bakı şəhərində 189№-li tam orta məktəbində başa vurduqdan sonra, 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə (qiyabi) ali bakalavr təhsil pilləsini bitirmişdir. Bundan əlavə xarici dövlətlərdə ali təhsil alan Elnur Abdullayev Böyük Britaniyanın LSE (London School of Economics)
Universitetini Hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. 1999-2003-cü illərdə bakalavr, 2005-2006-cı illərdə isə həmin universitetin magistratura pilləsini “Benəlxalq hüquq” ixtisası üzrə təhsilini davam etdirməkdədir. Eyni zamanda 2018-2021-ci illərdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə doktorantura pilləsində təhsil alaraq, “Azərbaycanda meyvə bitkilərinin virus və fitoplazma xəstəlikləri, sertifikatlı əkin materialların istehsalı” adlı dissertasiya mövzusu ilə müdafiəyə hazırlaşır.
O cümlədən, E.Abdullayev 13 Beynəlxalq, 7 Avrupa, 3 MDB ölkələri, 1 Amerika və 2 Asiya dövlətlərində təşkil olunan konfranslarda iştirak etmişdir. 3 qızıl medal və digər əlavə medallar ilə təltif olunmuşdur. 2016-cı ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasında mütəxəssis, 2017-ci ildə “EMA” Qapalı Səhmdar Cəmiyyətində icraçı direktor, 2019-ci ildən etibarən hal-hazıra qədər Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasının direktoru vəzifəsində fəaliyyətini davam etdirir.
QEYD : 03 İYUN 2024 CÜ İLDƏ QUBA MEYVƏÇİLİK ÇAYÇILIQ ELMİ TƏDQİQAT İNSTİTUNA İNOVVATİV TEXNOLOGİYALAR ÜZRƏ DİREKTOR MÜAVİNİ KEÇİRİLİB.
Geri
Bağla