MİKROKLONAL ÇOXALTMA LABORATORİYASI

ÜMUMİ ANALİTİK ANALİZLƏR LABORATORİYASI

MOLEKULYAR BİOLOGİYA LABORATORİYASI

MEYVƏ EMALI VƏ SAXLANMA TEXNOLOGİYALARI LABORATORİYASI

BƏSLƏMƏ VƏ UYĞUNLAŞMA İSTİXANASI

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu

Şöbələr

(Elmi hissə)

Bitki mühafizəsi şöbəsi

Meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsi

Meyvə bitkilərinin seleksiyası şöbəsi

İnnovativ texnologiyaların transferi və layihələndirilməsi qrupu

Meyvə bitkilərinin becərilməsi texnologiyası şöbəsi

İstehsalın təşkilinə nazarət qrupu

Direktor

İlham Qaraqurbanlı

İlham Səlim oğlu Qaraqurbanlı 1958-ci il sentyabr ayının 16-da Ermənistan SSR, Kalino rayonu, Qızılşəfəq kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakultəsinə daxil olmuşdur.

1984-1996-cı illərdə AMEA-nın Radiasiya Tədqiqatları Bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində işləmişdir.

1985-1989-cu illərdə keçmiş SSR EA-nın Kimyəvi-fizika Elmi-Tədqiqat İnstitutunun aspiranturasını qiyabi bitirərək “Bioloji obyektlərdə qeyri-hem dəmiri və azot oksidinin qarşılıqlı əlaqəsi” mövzusunda dissertasiya müdafiə edərək biologiya elmləri üzrə fəlsəfə doktoru  elmi dərəcəsi almışdır. Onun apardığı  bu tədqiqat işinin nəticələri 1988-ci ildə Respublika Lenin Komsomolu mükafatına layiq görülmüşdür.

İ.S.Qaraqurbanlı 1996-1999-cu illərdə Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər Elmi İstehsalat Birliyində baş direktorun istehsalat üzrə müavini və eyni zamanda Quba YTT-nin Aqrar İslahat Komissiyasının sədri, 2001-2013-cü il may ayının 23-nə kimi Quba Regional Aqrar Elm Mərkəzinin (indiki Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi) direktoru vəzifələrində işləmiş, 2013-cü ilin may ayından hal-hazıra kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində işləyir. 2017-2019-cu illərdə İFAD təşkilatının Azərbaycanda həyata keçirdiyi “Şimal Şərq Layihə”sinin kənd təsərrüfatının inkişafı komponentinə rəhbərlik etmişdir.

İ.S.Qaraqurbanlı 70 elmi məqalə, bir monoqrafiya, 3 Rusiya Federasiyası patenti, 30-dan çox fermerlər üçün tədris vəsaitinin müəllifidir.

Onun rəhbərliyi altında Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, eləcə də onun hazırda rəhbərlik etdiyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu elmi yeniliklərin nümayişi və tətbiqi mərkəzlərinə çevrilmişdir. Belə ki, fəaliyətinin ilk günlərindən başlayaraq aqrar sahədə əldə edilmiş elmi nailiyyətləri nümayiş-təcrübə sahələri və sərgi əkinləri vasitəsilə bölgədə fəaliyyət göstərən fermer və torpaq mülkiyyətçilərinə çatdırmaqla yanaşı, onların maarifləndirilməsi və keyfiyyətli əkin materialı ilə təminatına köməklik göstərmişdir. Bundan əlavə mütərəqqi becərmə texnologiyalarını gətirilərək, onların fermer təsərrüfatlarına ötürməklə meyvəçiliyin əsası olan tingçiliyin elmi əsaslarla inkişaf etdirilməsini həyata keçirmişdir.

Elmi katib

Zəminə Sərhədova

Daha ətraflı

Elmi işlər üzrə
direktor müavini

Sevil Süleymanova

Daha ətraflı

İstehsalat üzrə
direktor müavini

Ruslan Hüseynov

Daha ətraflı

İnnovativ texnologiyalar üzrə direktor müavini

Elnur Abdullayev

Daha ətraflı

Daha ətraflı