İstehsalat üzrə direktor müavini
Ruslan Qəzənfər oğlu Hüseynov

Bağla
Hüseynov Ruslan Qəzənfər oğlu 20 yanvar 1987-ci ildə Qusar şəhərində anadan olmuşdur. 2004-cü ildə Xaçmaz şəhər 1 saylı orta məktəbi bitirmiş, Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” fakültəsinə daxil olmuş, 2008-ci ildə həmin fakültəni “Gömrük işinin təşkili” ixtisası üzrə bitirmişdir. 2008-2009-cu illərdə MN “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmiş, 2011-2017-ci illərdə Dövlət Təhlükəsizliyi orqanlarında zabit qismində xidmət etmişdir. 2020-ci ildən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun İstehsalat üzrə direktor müavini vəzifəsində işləyir.
Geri