Elmi katib

Zəminə Fikrət qızı Sərhədova

Bağla

Zəminə Fikrət qızı Sərhədova 25 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının  Qusar şəhərində anadan olmuş, 2010-cu ildə Qusar şəhər 5 saylı orta məktəbi bitirmişdir. 2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin “Ekologiya-torpaqşünaslıq” fakültəsində “Ekologiya” ixtisası üzrə bakalavr,           2015-2017-ci illərdə Azərbaycan Texnologiya Universitetinin “Ekologiya mühəndisliyi” ixtisasının “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması” üzrə magistr elmi-ixtisas dərəcəsi almışdır.

Z.F.Sərhədova  2017-ci ilin mart ayından etibarən əmək fəaliyyətinə başlamış,  2019-cu ilin 01 fevral tarixinə qədər Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda Biotexnologiya laboratoriyasında böyük elmi işçi vəzifəsini  icra etmişdir. 01 fevral 2019-cu il tarixdən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun elmi katib vəzifəsində işləyir.

Sərhədova Zəminə Fikrət qızı 2017-2021-ci illərdə “Quba-Xaçmaz bölgəsində gavalı bitkisinin sort və formalarının toplanması, öyrənilməsi və kolleksiya bağının yaradılması” mövzusunda elmi-tədqiqat işi aparmışdır. 2018-ci ildə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun doktoranturasına qəbul olunmuş, “Quba –Xaçmaz iqtisadi rayonunda introduksiya olunmuş şaftalı sortlarının aqrobioloji xüsusiyyətlərinin öyrənilməsi” adı altında dissertasiya işini yerinə yetirmişdir.

Z.F.Sərhədova doqquz elmi məqalə, beş konfrans materialı, iki tezis, iki kitabça, bir  təlim modulu və bir tövsiyyənin müəllifidir.

Geri