Elmi işlər üzrə direktor müavini
Sevil Süleymanova
Süleymanova Sevil Cavanşir qızı 14 iyun 1981-ci ildə Mingəçevir şəhərində anadan olub. 1987-1998-ci illərdə Mingəçevir şəhəri 15 №-li orta məktəbdə təhsil alıb. 2000-ci ildə Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə daxil olub. 2004-cü ildə universitetin bakalavr pilləsini bitirdikdən sonra həmin universitet və fakültənin magistraturasına daxil olub və 2006-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. 2001-2006-cı illərdə təhsil almaqla bərabər paralel olaraq Mingəçevir Bələdiyyəsinin nəznində fəaliyyət göstərən kompüter kurslarında müəllimə olaraq çalışıb.
2007-ci ildən bu günə kimi Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda (2015-ci ilə kimi Az. ETB və SBİ) fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından 2015-ci ilin avqust ayına kimi “Meyvə bitkilərinin becərilməsi texnologiyası” şöbəsində baş mütəxəssis və kiçik elmi işçi vəzifələrində, 2015-ci ilin avqust ayından 2018-ci ilin avqust ayına kimi “İnformasiya təminatı və elmi nəticələrin tətbiqi” şöbəsində şöbə müdiri, 2018-ci ilin avqust ayından 2019-cu ilin yanvar ayına kimi elmi katib, 2019-cu ildən 2020-ci ilə kimi Biotexnologiya laboratoriyasının müdiri vəzifələrində işləyib. Hal-hazırda Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.
2021-ci ildə “Meyvə bitkilərinin klon calaqaltılarının və üzüm bitkisinin in vitro, bağlı və açıq qrunt şəraitində istehsal edilməsinin biotexnoloji aspektləri” mözusu üzrə dissertasiya işini müdafiə edərək 3103.07 “Bitkiçilik” ixtisası üzrə aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 15 elmi məqalənin və 1 metodiki göstərişin müəllifi, 1 texnologiyanın, 10 kitabın, 1 ixtiranın həmmüəllifidir.

Bağla
Geri